ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir
15-12-2017 09:02
Baxış sayı:
4888
ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Heyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
N.Heyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.