​ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir

Baxış sayı:
4867

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
 
“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Heyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
 
N.Heyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə  ittiham edib.