​ABŞ-dan PAKİSTANA ZƏRBƏ - “Yeni hökumətə yardım edilməməsi üçün…”

Baxış sayı:
5230

ABŞ Dövlət katibi Mayk Pompeo Beynəlxalq Valyuta Fonduna (BVF) Pakistanın yeni hökumətinə yardım etməməsi üçün xəbərdarlıq edib.
Bunu jurnalistlərə açıqlamasında Pompeonun özü deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti BVF-nin ayıracağı bu pulların Pakistanın Çinə olan borclarını ödəmək istifadə edilə biləcəyini düşünür:
“Biz BVF-nin addımlarına nəzarət edəcəyik. BVF Çin kreditorlarını xilas etmək istəyənləri qorumamalıdır”.
Qeyd edək ki, bundan öncə Pakistanda məşhur kriket oyunçusu İmran Xanın rəhbərlik etdiyi partiya parlament seçkisində qalib gəlib. ABŞ-ın əsas tənqidçilərindən biri olan Xanın bundan sonrakı dönəmdə Vaşinqtonla münasibətləri gərginləşdirəcəyi təxmin edilir(axar.az).