50 il sürücülük vəsiqəsi olmadan maşın idarə etdi, İLK DƏFƏ CƏRİMƏLƏNDİ

Baxış sayı:
6980

İtaliyada yerli sakinlərdən biri 50 ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı qadının vəsiqəsinin olmaması isə Trevizo şəhərində 3 maşının toqquşması zamanı üzə çıxıb. Polis yoxlamalar zamanı sürücünün heç bir sənədinin olmadığını aşkarlayıb. O, 5,11 min avro cərimələnib, avtomobilinə isə həbs qoyulub. Qadın isə israrla sənədlərinin qaydasında olduğunu və günahsızlığını sübut edəcəyini deyib.