22 il əvvəl avtomobili ilə birlikdə yoxa çıxan şəxs "Google"dan tapıldı - FOTO

Baxış sayı:
14140

ABŞ-ın Florida ştatında 1997-ci ildə avtomobili ilə birlikdə yoxa çıxan Uliyam Moltun avtomobili və meyiti "Google Earth" vasitəsilə tapılıb. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, yer kürəsinin peyklər vasitəsilə çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərinin əks olunduğu "Google Earth" U. Moltun göldə batan avtomobilinin tapılmasına səbəb olub. Avtomobilin içindən isə Moltun özünün meyiti çıxıb. Həmin ərazidə yerləşən Vellinqton qəsəbəsinin sakinlərindən biri "Google Earth"dan istifadə edərkən bunu aşkarlayıb. Avtomobili göldən çıxaran polis əməkdaşları, insan qalıntıları ilə rastlaşıblar. Aparılan tədqiqatlardan sonra bu şəxsin U. Molt olduğu müəyyən edilib. Bu məlumatın 2007-ci ildən etibarən "Google Earth"da olduğu, ancaq indiyə kimi heç kimin bunu görmədiyi bəlli olub. Florida polisi U. Moltun 1997-ci ildə qəza nəticəsində avtomobili ilə birgə gölə düşdüyünü ehtimal edir.