​Ziyalılar ağır durumda olan şairi ziyarət etdi - Foto

Baxış sayı:
1615

Tanınmış alim Rafiq Əliyev, rejissor Ramiz Mirzəyev, şairlər Rüstəm Behrudi və Ramiz Rövşən, media eksperti Qulu Məhərrəmli uzun müddətdir xəstəlikdən əziyyət çəkən şair Musa Yaqubu ziyarət ediblər.
Muxalifet.az xəbər verir ki, bu barədə Qulu Məhərrəmli məlumat yayıb.
"Bütün günü İsmayıllıda - Buynuzda olduq. Dostlarla böyük şairimiz Musa Yaquba baş çəkdik, onu təbiət qoynuna çıxartdıq, səhhətinin yerində olmasına, ruhunun diriliyinə sevindik", - Qulu Məhərrəmli bildirib.
Qeyd edək ki, M.Yaqub parkinson xəstəliyindən əziyyət çəkir.