​Ziya Məmmədovun bacısını kim əvəz edir? - YENİ TƏYİNAT

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “Tərəqqi” liseyinin direktoru vəzifəsindən çıxarıldığı bildirilən bacısı Məhbubə Məmmədovanın səlahiyyətlərini icra edəcək şəxsin adı məlum olub.
Həmin şəxs liseyin müəllimi Almaz Əsgərovadır.
“Tərəqqi” liseyindən Axar.az-a məlumatı təsdiqləyiblər. Liseydən bildirilib ki, A.Əsgərovaya Təhsil Nazirliyi tərəfindən direktorun səlahiyyətlərini icra etməklə bağlı qərar verilib.