​Ziya Bünyadov prospektində qəza - Ölən var

Baxış sayı:
14524

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi "Hyundai" markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.