Zelenskinin müsəlmanlardan Krım və Donbas tələbi

Baxış sayı:
5158

Ukraynanın yeni prezidenti Vladimir Zelenski ukraynalı müsəlmanların ruhani liderləri ilə görüş keçirib.
Muxalifet.az xəbər verir ki, görüşdə ukraynalı müsəlmanların müftisi Əhməd Tamim, Krım müsəlmanlarının ruhani lideri Ayder Rüstəmov, həmçinin “Ümmə” müsəlman birliyinin rəhbəri Səid İsmayılov iştirak edib.
O, müsəlman liderlərə çağırış edərək Krım və Donbasda yaşayan ukraynalılarla dialoq qurulmasını istəyib.
Zelenski bildirib ki, onun strategiyası sözdə deyil, əməldədir.
Onun sözlərinə görə, bütün vətəndaşlarla açıq, konstruktiv dialoq bərpa edilməlidir:
“Biz düşünürük ki, bu, onların evə qayıtmaları üçün ilk addımdır”.