​Zaxarçenkonun öldürülməsi ABŞ-a sərf edir - Jirinovski

Baxış sayı:
2554

Aleksandr Zaxarçenkonun ölümündən sonra Donbasda yaranan gərgin vəziyyət ABŞ-a sərf edə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.
O bildirib ki, ABŞ-a hər zaman anti-Rusiya ocaqlarının gərgin vəziyyətdə qalması vacibdir:
“Paralel olaraq Ukrayna ssenarisi işə salındı: Suriyada sakitlik, Ukraynada gərginlik, Ukraynada sakitlik, Suriyada gərginlik.. Amerikalılar gərginliyi qorumaq üçün bu iki ocaqdan istifadə edirlər. Hər iki durum Rusiya ilə bağlantılıdır. Bir hədəf var. Rusiyanın uğurlarına kölgə salmaq”.