​Zaxarçenko xainliklə öldürüldü - Kreml

Baxış sayı:
1018

Aleksandr Zaxarçenko xainliklə öldürüldü, nəticələri qaçılmaz olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, faciəvi hadisədir. Mərd bir insan dünyadan köçdü, onu xainliklə öldürdülər. Burada məsələ qisas deyil, məsələ terror aktları təcrübəsinin davam etməsidir. Əgər siz Donbasdakı seriyalı cinayətləri xatırlayırsınızsa, onların arxasında kimin dayandığını təxmin etmək olar”, - Peskov bildirib.