​Zatulin Karapetyanı da götürüb, MOSKVAYA QAYITDI

Baxış sayı:
5119

Rusiyalı deputat Konstantin Zatulinin rəhbərliyi altında Ermənistanda qalan nümayəndə heyəti Moskvaya geri dönüb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
“Zatulin bütün bu günlər ərzində müxtəlif siyasi qüvvələrlə görüşüb. O, erməni generallarla da görüşlər keçirib. Bu görüşlərdə Zatulun Ermənistanın Rusiyaya münasibətdə hansı siyasət tətbiq edəcəyini öyrənməyə çalışıb. Bundan sonra o, sakit halda Moskvaya geri dönüb.
Zatulinlə bərabər milyarder Samvel Karapetyan da Rusiyaya geri dönüb”, – deyə məqalədə bildirilib.