Zaqatalada ağır QƏZA: 3 nəfər xəsarət aldı

Baxış sayı:
4840

Zaqatala rayonunda baş verən yol-nəqliyyat qəzasında üç nəfər xəsarət alıb.
Muxalifet.az ona-ya istinadən məlumatına görə, hadisə mayın 5-dən 6-a keçən
gecə Zaqatala şəhər ərazisində baş verib. 
“Mersedes” markalı və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, 1988-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Elmar Ramazan oğlu Ramazanlı, 1988-ci il təvəllüdlü, Car kənd sakini Rəşad Həbibullah oğlu Abdulayev və 1991-ci il təvəllüdlü Axaxdərə kənd sakini Hacıömər İbrahim oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.