​Zamirə Hacıyevanın 22 milyonluq əmlakı müsadirə edilə bilər

Baxış sayı:
6424

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın ümumi dəyəri 22 milyon funt olan əmlakı müsadirə edilə bilər. Böyük Britaniya hökuməti Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin o, yenə də sərvətinin mənbəyini izah etməkdən imtina edib. Hacıyeva sərvətinin ənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, malikanəsinin və şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər. Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona qaçıb. O, 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.