​YUNKER: "Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq"

Baxış sayı:
913

"Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq".
Muxalifət.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir.
J.Yunker deyib: "Görək, yaxın aylarda Türkiyə hansı irəliləyişlərə nail olacaq. Amma jurnalistlər azad edilməyənədək heç bir irəliləyiş olmayacaq"./Trend/