Yunanstanda Türk diplomatlara hücum! YANDIRDILAR

Baxış sayı:
6511

Yunanıstanın Selanik şəhərində diplomatik xidmət yerinə yetirən iki Türkə aid avtomobillər səhər saatlarında yandırılıb.
 
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, şəhərin fərqli nöqtələrində olan dayanacaqlarda saxlanan iki avtomobil səhər saatlarında şəxsiyyəti naməlum şəxslər tərəfindən yandırılıb.
Türkiyənin Selanik Ticarət Attaşesi Serkan Buralıya aid diplomatik nömrəli avtomobil şəhər mərkəzindəki evinin qarşısında yandırılıb.
Qısa müddət sonra da təxminən 1 kilometr uzaqlıqdakı bir nöqtədə şəhərdəki beynəlxalq bir təşkilatda işləyən Türk qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırılıb.
Xilasetmə xidməti müdaxilə etsə də, avtomobillər istifadəyə yararsız hala gəlib. Ətrafdakı bir çox avtomobillərə də zərər dəyib. Hadisədə yaralanan olmayıb.
Yunan təhlükəsizliyi və xilasetmə təşkilatının hadisəylə əlaqədar istintaq başlatdığı ifadə edilib.
Müxalifət.az