​Yunanlar illər sonra Almaniyadan təzminat istəyir

Baxış sayı:
12133

Yunanıstanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Yunanıstan İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün təzminat ödənilməsini tələb edir.
Danışıqların başlanması təklifi irəli sürülən notada məsələnin yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıdığı vurğulanır.
Məsələ ilə bağlı Yunanıstan XİN-in açıqlamasında bildirilir:
“Yunanıstan və vətəndaşlarının Birinci və İkinci Dünya müharibələri zamanı çəkdikləri zərərin, Almaniya işğalından zərəçəkənlərə və onların vərəsələrinə çatacaq təzminatı ödəməyi, habelə taladıqları və qanunsuz yolla çıxardıqları arxeoloji və s. sərvətləri geri qaytarmağı tələb edirik”.
Yunanıstan parlamenti aprelin 17-də hökumətə Almaniyadan İkinci Dünya müharibəsi dövründəki işğal üçün 309,5 milyard avro, Birinci Dünya müharibəsi dövründə vurulan zərərə görə isə 9,2 milyard avro məbləğində təzminat tələb etməyi tapşıran qətnamə çıxarmışdı.