Yunanlar da ABŞ qərarının əleyhinə ÇIXDI

Baxış sayı:
3868

Trampın Qüds qərarının ardından dünyadan reaksiyalar gəlməyə davam edir. Ən son, Cənubi Kipr məclisi, keçirdiyi səsvermədən sonra qərarını açıqlayıb.
 
“Alithia” qəzeti, Cənubi Kipr məclisində keçirilən səsvermədə 35 millət vəkilinin ABŞ qərarını pisləyən bəyanatı qəbul etdiyini, 18 deputatının isə əleyhinə səs verdiyini yazıb. Səsvermədə 2 deputat bitərəf qalıb.
ABŞ prezidenti Trampın qərarını səs çoxluğuyla pisləyən Cənubi Kipr məclisi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan qərardan imtina etməsi üçün ABŞ-a müraciət edib.
Müxalifət.az