Yunanıstanın müdafiə naziri Çavuşoğluna cavab verdi: Söz güləşdirməsi davam edir

Baxış sayı:
12397

Yunanıstanın müdafiə naziri Panos Kammenos Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlunun, “Ərköyün uşağınıza sahib çıxın, yoxsa  əlimizdən qəza çıxacaq” açıqlamasına cavab verib.
 
Kamennos sosial mediada Çavuşoğlunun açıqlamasının onun işini yaxşı gördüyünün göstəricisi olduğunu qeyd etməklə, Yunanıstanın sülh məqsədilə torpaqlarını qoruma və güclü ittifaq qurma yoluna davam edəcəyini söyləyib.
 “Güclü ittifaq” ifadəsiylə Şərqi Aralıq dənizində Türkiyə əleyhinə təsis etdikləri İsrail-Misir-Yunanıstan üçbucağını nəzərdə tutan Kammenos, "Artıq kimsəni qorxuda bilmirsiniz" deyə yazıb.
Müxalifət.az