​Yunanıstana qaçan çevrilişçi hərbçi barəsində YENİ QƏRAR

Baxış sayı:
3440

Muxalifət.az xəbər verir ki, Afina apellyasiya məhkəməsi sığınacaq verilməsi tələbi qəbul edilərək azadlığa buraxılan bir çevrilişçi hərbçinin sığınacaq tələbinin təxirə salınması barəsində qərar verib.
FƏTÖ-nün 15 iyul çevriliş cəhdindən sonra Yunanıstana qaçan 8 nəfər çevrilişçidən biri olan Süleyman Özkaynakçının sığınacaq tələbi qəbul edilsə də, Yunanıstan hökumətinin etirazından sonra Afina apellyasiya məhkəməsi Özkaynakçının tələbinin icrasını təxirə salmağı qərara alıb. Azadlıqda olan və qərardan sonra Afinadakı sığınacaqda yerləşdirilən Özkaynakçının yenidən inzibati həbsə alınması gözlənilir. Çevrilişçi hərbçi barəsində verilən yeni qərarla bağlı appelyasiya şikayəti etmək hüququna malikdir.
Yunan hökuməti Sığınacaq Komissiyasının qərarına Yunanıstan ilə Türkiyə arasındakı münasibətlərin pozulması təhlükəsi olduğu səbəbindən etiraz edərək, qərarı dayandırmaq və ləğv eləmək üçün Afina Apellyasiya Məhkəməsinə müracit eləmişdi.
Qərarın ləğv edilməsi ilə bağlı məhkəmə prosesinin 15 fevralda davam edəcəyi qərara alınıb.