​Yunanıstan 6 min miqrantla bağlı qərarını verdi

Baxış sayı:
3484

Yunanıstan hökuməti Şərqi Egey adalarından 6 min miqrantı qaçqın düşərgələrinin dolu olması ilə əlaqədar ölkənin materik hissəsinə köçürməyi planlaşdırır. Bu barədə Yunanıstanın miqrasiya siyasəti üzrə naziri Dimitras Vitsas məlumat verib.
Muxalifet.az xəbər verir ki, Lesbos adasında 10 mindən çox miqrant və sığınacaq axtaran yerləşdirilib. Buradakı düşərgə isə 3100 nəfər üçün nəzərdə tutulub. Eyni acınacaqlı vəziyyət Samos adasında da yaşanır. Burada 650 nəfərlik düşərgədə 4 min nəfər yerləşdirilib.
Humanitar təşkilatlar Yunanıstan hökumətini bu adalarda sosial partlayışların baş verə biləcəyi barədə məlumatlandırıblar.