Yunan liderə “Türkiyə” xəbərdarlığı

Baxış sayı:
4771

Yunan Kipr rəhbərliyinin ABŞ, İsrail və Fransa ilə hərbi razılaşmalar imzalaması ölkədə müzakirələrə səbəb olub. Cənub Kiprdəki Kipr Yunan Sülh Şurası yayınladığı bəyənat ilə Yunan rəhbərliyiny sərt tənqid edib. Bəyanatda Yunan liderə "Türkiyə mövzusunda böyük bir səhv etdiyi" xatırladılıb.
 
Yunan Kiprinin lideri Nikos Anastasiadis etdiyi hərbi razılaşmaları ləğv etməyə və bu istiqamətdəki əməkdaşlığı sonlandırmağa çağrılıb. Sülh Şurası tərəfindən edilən yazılı açıqlamada bu sözlərə yer verilib: "Anastasiadis hökuməti Kiprin gələcəyini, əlini, ayağını NATO tankına, İsrail, Fransa, ABŞ ilə hərbi razılaşmalara bağlamağa qərar verdi. Kipr əzəli hədəf olan hərbsizləşdirmədən uzaqlaşır və bölgədəki imperialist müharibə girdabının gözünə girir".
 
TÜRKİYƏ YANILMASI
 
ABŞ-ın Kipr Yunan rəhbərliyinə silah embarqosunun qaldırılması prosesini analız edən Kipr Yunan Sülh Şurası bunu Türkiyənin önünü kəsmək olaraq gördüyünü, ancaq bunun bir yanılma olduğunu ifadə edərək "Silahlar və müharibələr yalnız ölüm, dağıntı və bədbəxtlik gətirər. Anastasiadis hökumətini təhlükəli, Kiprin hərbsizləşdirmə hədəfinə uyğun gəlməyən hərbi razılaşmaları ləğv etməyə və əməkdaşlıqlarını sonlandırmağa çağırırıq. Kipr xalqını müharibələrə, Kipr hökumətinin müharibə sevər proyektlərinə qarşı çıxmağa, Kiprdə və bölgəmizdə sülhdən yana mübarizə aparmağa çağırırıq" deyilib.
Müxalifət.az