Yunan bayrağının endirilmə ƏMƏLİYYATININ DETALLARI BƏLLİ OLDU

Baxış sayı:
5899

Türkiyənin baş naziri Binali Yıldırım, Aydın Didimin qarşısındakı qayalıq üzərində qaldırılan Yunan bayrağının endirilmə əməliyyatı, Kardak böhranında olduğu kimi, Sualtı Hücum Komandoları (SAT) tərəfindən reallaşdırıldığını açıqlayıb.
 
Bir qrup Yunan vətəndaşı cümə günü Aydın Didimin qarşısındakı Hurşit Adaları yaxınlığındakı Kerdo (Mikri Antropofa-Little Koyyam) qayalığına çıxaraq Yunan bayrağını qaldırıblar. Sahil Təhlükəsizlik Gücləri bu haqda Ankaraya xəbər veriblər.
Müxtəlif səviyyələrdə Afina ilə əlaqə qurulub və bu təxribat vəziyyətinin dərhal aradan qaldırılması tələb edilib. Buna rəğmən bayraq endirilməyib. Daha sonra Dəniz Qüvvələri Komandanlığının Sualtı Hücum Komandosunun (SAT) komandiri, gecə vaxtı xüsusi qrupla qayalığa gedib və bayraqları endiriblər. Hər cür tədbiri görən SAT komandoları Yunanıstan bayrağını özləri ilə bərabər Türkiyəyə geri götürüblər.
Müxalifət.az