​Yuliya Skripal atasının vəziyyətindən danışıb

Baxış sayı:
2884

Böyük Britaniyada zəhərlənən Sergey Skripalın qızı Yuliya Skripal atasının vəziyyətindən danışıb.
Muxalifet.az xəbər verir ki, Yuliyanın, qohumu Viktoriya ilə telefon telefon söhbəti Rusiyanın 1-ci kanalında yayımlanan “Qoy danışsınlar" ("Пусть говорят") verilişində efirə verilib.
"Normaldır, hər şey yaxşıdır... İndi burada vəziyyət belədir. Bu, müvəqqəti telefondur. Hər şey normaldır, hər şey yaxşıdır, hər şey həll edilir, atam sağalır", - deyə Yuliya bildirib.
Viktoriya Yuliya ilə danışdığına əmin olduğunu deyib. Onun sözlərinə görə, Yuliyanın səsindən gözlərinin yaşardığını hiss edib.
Bundan əlavə, Viktoriya Teresa Meyə açıq məktub göndərib. O, baş nazirdən Böyük Britaniyaya səfərinə və Yuliyanı ziyarət etməsinə icazə verilməsini xahiş edib.
Qeyd edək ki, ötən həftə Böyük Britaniyanın Rusiyadakı səfirliyi Viktoriyaya viza verməkdən imtina edib.