Yük maşını ilə VAZ-2107 toqquşdu: Ölən var – BİLƏSUVARDA

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.