YSK-nın İstanbul qərarından sonra Türkiyəyə qalmaqal təklif

Baxış sayı:
5173

 Ali Seçki Şurasının İstanbul seçkilərini ləğv etməsindın sonra Aİ-dən qalmaqal bir təklif gəlib. Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri yenidən keçiriləcək seçki üçün Türkiyəyə beynəlxalq müşahidəçilərin dəvət edilməsi lazım olduğunu bildirib.
 
YSK-nın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçkinin ləğvinə və yenilənməsinə qərar verməsi Avropalı siyasiləri narahat ediv. Aİ-nin yüksək vəzifəli nümayəndələri YSK-nın qərarını tənqid edərkən, Aİ Xarici Əlaqələr Nümayəndəsi Federica Mogherini və Avropa Komissiyasının nümayəndəsi Yohannes Hanın, yalnız Avropalı müşahidəçilərin deyil, beynəlxalq müşahidəçilərin də seçkiləri izləmək üçün ölkəyə dəvət edilməsi təklifini edib.
Müxalifət.az