​YPG Türkiyəyə məxsus 5 tankı vurdu - Video

Baxış sayı:
3245

YPG terrorçuları Türkiyə ordusuna məxsus 5 tankı hədəf alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə kürdyönümlü “Firat” agentliyi məlumat yayıb.
Belə ki, tanklardan biri tank əleyhinə raketlə Bilbilə kəndində vurulub.
Digər iki tankın isə Sindires rayonun Dikmetaş kəndində partladıldığı bildirilib.
Qalan iki tank da Telrifatda hədəf alınıb.
Hələlik Türkiyə tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.