YPG terrorçubaşından çağırış: TÜRK VƏ RUS SƏFİRLİKLƏRİNİ İŞĞAL EDİN

Baxış sayı:
2728

Afrinin terrordan təmizlənməsi prosesi başlaması ilə çətin vəziyyətə düşən PKK/YPG terrorçuları, tərəfdarları vasitəsilə Avropada aksiyalar keçirməyə başladı. Döyüş sahəsində itirən YPG/PKK, son çarə olaraq Avropada aksiyalar keçirərək Afrini “xilas” etmək istəyirlər.
 
Terror təşkilatı YPG/PKK-nın Türkiyə sərhədindən təmizlənməsi üçün başlanılan “Zeytun Budağı” Hərəkatı, 51-ci günündə uğurlu bir şəkildə davam edir. Afrində TSQ və ASO terrorçuları təmizləməyə davam edərkən terror tərəfdarları da boş dayanmır. YPG/ PKK son çarə olaraq Avropada aksiyalar keçirərək Afrini xilas etməyə çalışır.
 
Terror tərəfdarları Avropada yardım dilənir
 
Almaniyanın paytaxtı Berlində PKK/PYD terror təşkilatının tərəfdarları küçələrə çıxıb. Afrinin terrordan təmizlənməsinə paralel olaraq terror təşkilatı tərəfdarları da Avropada mitinqlər keçirməyə başlayıb. Nümayişlərə müdaxilə etməyən Alman polisi, terror təbliğatı aparılmasına göz yumur. FETÖ-çular da PKK-ya açıq dəstək verir.


 
TERRORÇUBAŞINDAN İŞĞAL ÇAĞIRIŞI
 
YPG/PKK-nın rəhbərlərindən olan Hədiyyə Yusif, Afrində vəziyyətin ağırlaşdığını əsas gətirərək, "Bütün xalqımız olduqları hər yerdə küçələrə çıxaraq, Türk və Rus müəssisələrinə qarşı qətiyyətli hərəkətlər etməlidirlər. Bütün Rus və Türk səfirlik və Konsulluqları işğal edilməlidir" deyə, çağırış edib.
Müxalifət.az