“YPG terror təşkilatı deyil” – ABŞ-dan AÇIQLAMA

Baxış sayı:
12040

ABŞ-ın Suriya Üzrə Xüsusi Nümayəndəsi Ceyms Cefri, telekonfrans yolu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın Suriya siyasətinə dair açıqlama verib.
 
YPG-ni terror təşkilatı olaraq görmürük
 
ABŞ-ın xüsusi nümayəndəsi Cefri, “ABŞ-ın terror təşkilatı PKK-nın başçıları haqqında məlumat verənə mükafat qərarının YPG-yə verdikləri dəstəklə ziddiyyət təşkil edib etmədiyi" sualına belə cavab verib: "PKK-ya dair mövqeyimiz aydındır. PKK-nın əksinə, YPG-ni terror təşkilatı olaraq adlandırmırıq. Bunu heç vaxt etməmişik. Suriyaya müdaxilə etmədən əvvəl də bunu etməmişik. Türkiyənin təhlükəsizlik qayğılarını anlayırıq. YPG və PKK arasındakı əlaqələrə dair narahatlıqlarını anlayırıq. Bu üzdən çox diqqətli davranırıq. Öncə Türkiyəni nə etdiyimiz və nə üçün etdiyimiz barədə məlumatlandırırıq".
Müxalifət.az