YPG-li terrorçular Suriyada Rus ƏSGƏRİNİ ÖLDÜRDÜ

Baxış sayı:
6508

Suriya xəbər agentlikləri, Orta Şərqdə nizamı dəyişdirəcək bir xəbər dərc edib. İddiaya görə, YPG-li terrorçular, Tel Rifat bölgəsində bir Rus əsgərini öldürüb.
 
Keçən həftə YPG-li terrorçuların Tel Rifat bölgəsini Dəməşq rejiminə təhvil verəcəyi yönündə xəbərlər çıxmışdı. Bu gün isə Tel Rifatdan bir toqquşma xəbəri gəlib.
Aktivistlər, Afrinin şərqində yerləşən rayonda qarşıdurma çıxdığını bildirir. İddiaya görə, münaqişədə YPG-li terrorçular bir Rus əsgərini öldürüb.
Tel Rifat, ASO-nun nəzarətindəki Marenin qarşısında yerləşir. Türk döyüş təyyarələri, keçən həftə rayonunun şərqindəki Şeyx İsa kəndində yer alan YPG-nin sursat anbarını partlatmışdı.
Afrini şimal və qərb cəbhələrindən çevrəyə alan Türkiyə, YPG-ni məngənəyə almış vəziyyətdədir.
100-dən çox kənd və bölgəni terrorçulardan təmizləyən Türk xüsusi qüvvələri və ASO ünsürləri, Raco və Cinderesin mərkəzinə əməliyyat üçün hazırlıq görür.
Müxalifət.az