YPG-dən Əsədin əsgərləri ilə BAĞLI AÇIQLAMA

Baxış sayı:
6640

Afrinə girməyə çalışarkən Türk artilleriyasının vurduğu Əsədə bağlı terrorçu qrupla bağlı terror təşkilatı YPG açıqlama verib. YPG, Türk artilleriyasının bombardmanında Əsədə bağlı qrupdan iki nəfərin öldüyünü açıqlayıb.
 
Suriyadakı Bəşşar Əsəd rejimi, terror təşkilatı PYD/PKK-nın işğalındakı Afrinə "xalq qüvvələri" kimi səciyyələndirilən bir qrupun daxil olacağını açıqlamışdı. Dünən Afrinə girməyə çalışan terrorçu qruplar, Türk artilleriyasının atəşi ilə bölgədən geri çəkilmişdi.
Terror təşkilatı YPG sözçüsü Nuri Mahmudun bununla bağlı açıqlama verib:
“Dünən Suriya ordusuna bağlı bir qrup Suriya sərhədinin müdafiəsində iştirak etmək üçün Afrin torpaqlarına keçib. Və keçər-keçməz Türk dövlətinin bombardmanı ilə üz-üzə qalmış və iki Suriya əsgəri ölmüşdür".
Müxalifət.az