YPG-dəki əcnəbi terrorçuların qeydiyyatı GİZLİ OTAQDAN TAPILDI

Baxış sayı:
7753

Afrində 9 şəhidin verildiyi Keltepe bölgəsində YPG-li terrorçuların sığınacaq kimi istifadə etdiyi tunel daxilindəki xüsusi otaqda ələ keçən 2 flaş yaddaş kartı, çoxu Amerikalı olan əcnəbi terrorçuların təşkilata verdiyi dəstəyi ortaya çıxarıb.
 
YPG sıralarındakı 422 xarici terrorçunun 29-nun öldürüldüyü müəyyən olunub. Terroçuların adlarının yanında snayper, silah təlimçisi, ABŞ xüsusi birliyində xidmət etmiş, ağır silah mütəxəssisi kimi ifadələr yazıldığı bəlli olub.
 
ABŞ-ın ƏLAQƏSİ ORTAYA ÇIXDI
 
Keltepe bölgəsində axtarış və təmizləmə fəaliyyəti həyata keçirən əsgərlər, xain hücumun keçirildiyi tunellərdə axtarış apararkən  təşkilatın məsul şəxsləri üçün yaradılmış xüsusi bir otaqdan çıxan 2 flaş yaddaş kartında başda amerikalılar olmaqla, YPG içində olan əcnəbi əsilli terrorçuların adları və fotoları yer alıb. Fotolar, terror təşkilatı ilə ABŞ-ın əlaqəsini bir daha üzə çıxarıb.
422 əcnəbi əsilli terrorçu arasında, Amerikalılarla yanaşı, Fransa, Çin, Yaponiya, Əlcəzair, Kanada, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Sloveniya, Avstraliya və İspaniya vətəndaşlarının da olduğu müəyyən olunub.
YPG sıralarında Amerikalı snayperlər, silah təlimçiləri, ABŞ ordusuna məxsus ağır silah mütəxəssisləri və ABŞ Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş keçmiş əsgərlərin olduğu da müəyyənləşdirilib. Kanadalı Hevi Piling adlı qadın terrorçunun yanında snayper olduğu, Amerikalı Jamie Leyn kod adlı terrorçunun silah təlimçisi olduğu yaddaş kartında qeyd olunubı. Damien Boudsommier isə Fransızdır və BMT adından Əfqanıstanda xidmət etmişdir. Terrorçular arasında olan Çin əsilli İngiltərə vətəndaşı Mançester Universitetinin məzunu Huang Lei də var.
Müxalifət.az