Yol polisindən maşına gerb yapışdıranlara xatırlatma - “OLMAZ!”

Baxış sayı:
8851

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-dən Muxalifet.az-a bildiriblər ki, son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin təsvirinin yapışdırılması halları tez-tez müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə ziddir.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun təsvirinin nəqliyyat vasitələrinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından istifadə yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə mümkündür. Dövlət atributlarına hörmətlə yanaşmaq Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur.