​Yol polisindən hava xəbərdarlığı – DİQQƏTLİ OLUN

Baxış sayı:
9793

“Nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçin”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. DİN Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarədən bildirilib ki, yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalını nəzərə alaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər, eləcə də kəskin tormazlama etməmələridirlər. DYP onu da bildirir ki, qarlı-buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yarada bilər. Bunu nəzərə alaraq yol polisi həmin sürücülərə belə hava şəraitində sükan arxasına əyləşməməyi tövsiyə edir.