Yol polisi xidməti motosikleti ilə qəza törədib

Qəza zamanı çavuş yüksək sürətlə hərəkətdə olub
 
Bakının Səbail rayonunda yol qəzası baş verib.
Badamdar qəsəbəsində 1987-ci il təvəllüdlü çavuş İsmayılov Vüsal Şəmsəddin oğlu idarə etdiyi Yol Patrul Xidmətinə məxsus xidməti motosikleti aşırıb.
Sürət yüksək olduğundan V.İsmayılov motosikletdən yerə yıxılıb və ağır xəsarət alıb.
Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.