​Yıldırım Türkiyə istehsalı olan silahla qorunacaq

Baxış sayı:
3329

Türkiyənin Baş naziri Binəli Yıldırımın mühafizə dəstəsinə milli istehsal olan yeni MPT-55 avtomatları verilib.
Muxalifət.az xəbər verir ki, Binəli Yıldırımın “Akif İnan Vəqfi” ziyarəti və cümə namazı zamanı mühafizəçilər məhz MPT-55 avtomatından istifadə edib.
Məlumata görə, avtomatlar hələlik yalnız Binəli Yıldırımın cangüdənləri və Çanqaya Köşkünün mühafizəçiləri tərəfindən istifadə edilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusu və təhlükəsizlik orqanlarında milli silahların istifadəsi barədə göstəriş vermişdi.