Yəhudi xalqı da İsrail HÖKÜMƏTİNƏ ETİRAZ ETDİ

Baxış sayı:
6844

İsrail əsgərlərinin Qəzzada apardığı qətliama qarşı yüzlərlə Təl-Əviv əhalisi küçəyə tökülüb. Təl-Əvivdə küçələrə çıxıb etiraz edən xalqa polis müdaxilə edib.
 
Qəzzanın İsrail sərhədində Fələstinli qaçqınların Böyük Qayıdış Yürüşündə İsrailin törətdiyi qırğın, paytaxt Təl-Əvivdə etiraz edilib.
Təl-Əvivdə küçələrə çıxıb, yolu bağlayan yüzlərlə Təl-Əviv əhalisi, əllərində üzərində "Həqiqi güllə istifadə etməyi burax" plakatları qaldırıblar və "Ərəblər və Yəhudilər düşmən olmağı rədd edir" şüarları səsləndiriblər.
 
İSRAİL MƏTBUATI GÖRMƏMƏZLİYƏ VURDU
 
Təl-Əvivdə İsrail rəhbərliyinə qarşı keçirilən aksiyaları bir qrup sol görüşlü aktivist təşkilatlar təşkil edib. Aksiya keçirən təşkilatlar, ölən Fələstinlilərin silahsız gənclər olduğunu qeyd edib.
Qəzzadakı İsrail qırğınına etiraz edən Təl-Əvivdəki İsrail rəhbərliyinə qarşı keçirilən aksiyanı, İsrail mətbuatı və televiziyaları işıqlandırmayıb.
Müxalifət.az