Yəhudi politoloqdan İran hadisələrinə baxış:“Amerika və İsrail İran kürdlərinin fəallaşmasına şərait yarada bilər” – TƏHLİL

Baxış sayı:
2360

İranda xalq üsyanı dünyanın bütün kəşfiyyatları üçün qabaqcadan nəzərdə tutulmayan növbəti gözlənilməzlik olub. Hətta İsrailin İran rejiminin tezliklə düçar olacağını anlayan səriştəli dairələri də gözəçarpan əksəriyyət deyildi.
Bu hadisələr, belə desək, politoloqlar cəmiyyətini ümumiyyətlə pis durumda buraxıb. Rusiyada çoxları ayətullahlar rejiminə dəstəyə tələsib və Vaşinqtonu İranda “rəngli inqilab” törətməkdə ittiham edib. Və heç kim Yeni il butılkarlarından sümürülən nağılları car çəkmək üçün hap-gopları tribunadan məhrum etmir.
Bu dəfə əyalət şəhərlərində minlərlə adam küçələrə çıxıb. Qarşıdurma təcribəsinə malik Tehran sakinləri hələlik təmkin göstərir, amma tələbələr artıq fəaliyyətdədirlər. Xatırlatmaq önəmlidir ki, hər şey keçən cümə axşamı dekabrın 28-də əhalinin sayına görə ikinci, ancaq cansıxıcı dərəcədə kasıb Məşhəd şəhərindən başlanıb. Adamlar dözülməz həyat şəraitinə etiraz ediblər. Dalğa sürətlə İsfahana, ifrat mühafizəkar şəhər Quma, sonra isə sanki alov kimi quru əraziyə yayılıb. Etirazlar dalğası artıq 1 200 şəhər və kəndi bürüyüb.
İndiki üsyanın nə ilə nəticələnəcəyini öncədən dəqiq deyə bilmərik. Amma artıq bilirik ki, indiki rejim İranda öz hökmranlığını başa çatdırıb.Əlbəttə, qısa müddətə sərt və təsirli susdurma tədbirlərini istisna etmək olmaz. Lakin öldürülmüş minlərlə (???-tərc.) adam İran sakinləri üçün çıxmaq və qisas almağa çağırış olacaq. Və onlar indi daxili səbəblərdən və proqramlaşdırılmadan hərəkətə keçiblərsə, etirazların yeni dalğası (indiki boğulacağı halda) artıq əvvəlcədən professional şəkildə hazırlanacaq.
Mən bu rejimin çöküşünün qaçılmazlığı hada dəfələrlə yazmışam. Bu gün İran əhalisi Yaxın Şərqdə, az qala, ən dünyəvi xalqdır. İranın orta ailəsi iki uşağa zorla çatır. Az adam bilir ki, farslar hələlik ən böyük etnik qrup kimi qalsalar da, əhalinin artıq yarıdan azını təşkil edirlər. Azərbaycanlılar və kürdlərin indiki hakimiyyətə münasibəti məlumdur. Bu mühitdə hələlik passivlik müşahidə olunur, amma istənilən an kütləvi inqilabiliyə keçə bilər.
Nə qədər zidiyyətli görünsə də, İran gəncliyi məhz son bir neçə on ildə təhsilə çıxış əldə edib. Ölkədə heç bir işədüzəlmə perspektivi olmayan böyük sayda gənc mühəndislər meydana çıxıblar. İran bütünlükdə neft və qaz ixracatından asılı ölkə olaraq qalır. Sənayesi geriliyi ilə seçilir. Demək yetər ki, təxminən, eyni əhalisi ilə Türkiyənin ÜDM-i İranınkından iki dəfə çoxdur. Adamların rejimə son qoymaq qərarının səbəbini bütün bunlar da izah edir.
Beləliklə şiə klerikalları tərəfindən sərt tənzimləmə fərəhsiz kasıblıqla birlikdə аdamları etiraz aksiyaları haqda düşünməyə məcbur edib. Daim üzə çıxan korrupsiya faktları və dövlət vəsaitinin Suriyada Əsəd rejiminə, həmçinin “Hizbullah” və HƏMAS terrorunun təşviqinə sərf edilməsi – bütün bunlar adamları qəzəb həddinə çatdırıb.
Özünüz mülahizə edin. HƏMAS hərəkatı Əsəd qüvvələrinə və onun iranlı müttəfiqlərinə qarşı döyüşlərdə birbaşa iştirak edib. Buna baxmayaraq, Tehran Qəzada terror üçün hazırda onlara yüz milyon dollar köçürür. 
Qəzəbin əlavə səbəbi İran liderlərinin üsyanın arxasında “İran düşmənləri”nin durduğu haqda təkrarlanan bəyanatlarıdır. Bu iddiaların nə qədər yalan olduğunu hadisə iştirakçılarının özləri çox gözəl bilirlər. Heç bir rəngli inqilab deyil, xalq qəzəbinin tamamilə gözlənilən sürətli axını var.
Bu günlərdə gördüyümüz kimi, çıxışların hamısı daxili səbəblərlə yüklənib. Hər şey təşkiledici struktursuzluqdan xəbər verir. Xalq üsyanına xrestomatik örnək.
Bununla belə, okeanarxası amil gündən-günə daha da mühümləşir. Amerika xüsusi xidmətləri iranlı mühacirlərin çoxmilyonluq ordusunun təmsilçiləriylə yaxından əməkdaşlıq edir. Amerikalılar İsraillə birlikdə həmçinin kürdlərin fəallaşmasına şərait yarada bilərlər. Amma başlıcası üsyançılara dəstək atmosferidir. İranın hər bir vətəndaşının bütün dünyanın ona ümidlə baxdığını xəyal etməsi üçün. Bu hiss istənilən silahdan və pul axıtmaqdan daha önəmlidir.
Bu kontekstdə güman etmək olar ki, Rusiyada da düşünməyə başlayacaqlar ki, rejim dəyişiləndən sonra İranda kim ona müttəfiq ola bilər. Yada düşür ki, şah SSRİ-yə qarşı olduqca iltifatlıydı. Moskvaya qarşı onu devirənlərdən daha meylli idi.
Xəbər verirlər ki, üsyanda artıq bir milyondan çox adam iştirak edir. 2009-cu ildə Tehranda daha böyük qaynama var idi. Bu dəfə əyalət aparıcı qüvvə kimi çıxış edib. Qərb xüsusi xidmətləri və ayətullahlar hökumətinin özü Tehranda istənilən anda iğtişaş gözləyə bilirdi, amma fikirləşmirdilər ki, İranın Avrora yaylımı paytaxtdan uzaqda guruldaycaq. Əgər doqquz il qabaq, hətta rəsmi hesablamaya görə, səslərin əksəriyyətini almış prezidentliyə namizəd Musəvinin  tərəfdarları küçələrə çıxmışdılarsa və nümayişçilərin tələblərı seçkilərin nəticələrinin saxtalaşdırılmasının etirafıyla məhdudlaşırdısa, İran vətəndaşları bu  gün sistemin özünü dağıtmaq qərarına gəliblər. Seçkilərin nəticələrinin düzəlişi deyil, şiə müstəbidliyinin özünün devrilməsi.
Doqquz il öncə ABŞ prezidenti Barak Obama nümayişçilərə dəstəkdən imtina etmişdi. (Yeri gəlmişkən, şahın devrilməsi və ayətullahların gəlişi məhz o zamankı prezident Cimmi Karter tərəfindən “dəyişikliklərə” açıq dəstəyin nəticəsində mümkün olub. İndiki əllamə politoloqlar xomeyniçi inqilabı Amerika layihəsi adlandıra bilərdilər…) Donald Tramp artıq eyham vurub ki, öz sələfinin səhvini təkrarlamayacaq. O, hələlik ehtiyatlıdır, amma qətiyyətlə doludur.
Biz də öz proqnozlarımızda ehtiyatlı olacağıq. Artıq bir şey şübhəsizdir: İran daha heç vaxt cəmi bir həftə öncəki kimi olmayacaq.
Tərcümə Strateq.az-ındır