Yəhudi dindarlardan dünya liderlərinə mesaj! ƏRDOĞANIN ETDİYİNİ EDİN!

Baxış sayı:
9775

İngiltərədə yerləşən Ravvin Elahanan Beck, "Sionistlərə yardımçı olmaq Yəhudi xalqının mənafeyinə uyğun deyil. Əgər Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini edin" deyib.
 
Londondakı “Intercontinental” Otelində prezident Rəcəb Tayyib Erdoğan tərəfindən qəbul edilən Ravvin Elahanan Beck və "Neturei Karta" Pravoslav Yəhudi İcma üzvləri, otel çıxışında jurnalistlərə açıqlama verib.
Ravvin Beck, İngiltərə və ABŞ hakimiyyət orqanlarına etdiyi müraciətdə, "İsrailə yardım etməyin, bunun Yəhudi xalqının xeyrinə olmadığını dərk etməli və bilməlidirlər" deyə, qeyd edib.
Fələstinlilər adından deyil, yalnız Yəhudilər üçün danışılanda bu gün dünyada Yəhudi xalqı üçün ən təhlükəli ölkənin məhz İsrail olduğunu ifadə edən Beck, bunları qeyd edib:
“Siyonistlərə yardımçı olmaq Yəhudi xalqının mənafeyinə uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini edin, səfirinizi oradan çəkin. Ortaya çıxın və səsli bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu söyləyin. İşğalçıların əleyhinəyik. Regiona sülh gətirmək istəyirik. Yəhudilər kimi, biz İsrail dövlətinin dinc bir şəkildə tamamilə dağıdılması üçün dua edirik. İki dövlət də istəmirik. Yeganə dövləti, dənizdən çaya qədər Fələstin xalqının qayıtmasını dəstəkləyirik. Orada Yəhudilər ilə Müsəlmanlar birlikdə sülh içində yaşaya bilər".
İllər əvvəl anasının ona hər iki cəmiyyətin birlikdə əmin-amanlıq içərisində yaşadığı haqda dediyini və yaxın zamanda bunun yenə baş verməsini ümid etdiklərini deyən Ravvin Beck, "Müsəlmanlarla illər əvvəl olduğu kimi, Fələstində, dünyanın hər yerində harmoniya içində, sülh içərisində yaşamaq istəyirik" deyib.
Sionizm əleyhdarı olduğunu ifadə edən “Neturei Karta” üzvü Shimon Keyes də prezident Ərdoğanın "Yahudi əleyhinə olmadığını" ifadə edərək, həm tarixi baxımdan, həm də indi Türkiyənin hər zaman Yəhudiləri yaxşı qarşıladığını dilə gətirib.
Sionistlərin, əməllərini haqlı çıxarmaq üçün Yəhudiliyi təhrif etdiyini və bunu da Yəhudilər adından etdiklərinin vurğulayan Keyes, "Əsl həqiqət onların İudaizmi təmsil etmədiyidir. Onları dəstəkləmək nə Fələstinlilər, nə də Yəhudilər üçün problemi həll etmir" deyə, söyləyib.
Müxalifət.az