​Yevlaxda ağır yol qəzası: yaralılar var

Baxış sayı:
3304

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun Səmadabad kəndində qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər - 1975-ci il təvəllüdlü Elvin Məmmədov və 1965-ci il təvəllüdlü Fərhad Sultanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.