YEVANGELİSTLƏRİ QİYAMƏT GÜNÜNƏ APARAN TRAMP: ABŞ prezidentinin ətrafındakı fanatik kütlə - TƏHLİL

Baxış sayı:
5488

ABŞ prezidenti Donald Tramp Qüdsü rəsmən İsrailin paytaxtı elan edərkən, onun simasını və əhatəsini görməyə dəyərdi. Tramp Ağ Evin dəhlizlərinə qoyulmuş Milad bər-bəzəyi, vitse-prezident Mayk Penslə çevrələnmişdi. Bütün bunlar xristian-yevangelist seçicilər və onların rəhbərlərinə diqqətlə düşünülən, güclü bir mesaj göndərmək üçün səhnələşdirilmişdi. Yəni bu, onların qələbəsidir və Tramp onların adamıdır.
Tramp yalnız ölkə daxili gündəm (abort əleyhdarlığı, mühafizəkar hakimləri təyin etmə və ya Milad bayramı) yox, xarici siyasət gündəmi ilə də yevangelistlərə sidq-ürəklə yaxın olduğunu göstərdi.
Dramatik bəyanatın dekabrın 12-də Alabamada keçiriləcək, Senata mühüm seçki kampaniyası ərəfəsində səslənməsi də təsadüfi deyil. Roy Mur, Tramp sabiq məsləhətçisi və “Breitbart News”-un icraçı sədri Stiv Bennonun dəstəyi ilə bu əyalətdə mübarizə aparır. Murun gənc qızlarla əylənməsinə dair köhnə söz-söhbətə baxmayaraq, dinçi, sağçı seçicilərin səsləri Respublikaçılar Partiyasının zəfəri üçün çox vacibdir.
Bəyanat, Pensin 17-19 dekabr tarixləri arasında İsrailə nəzərdən tutulmuş üç günlük səfərindən əvvəl səsləndi. Bu, Pensin səfəri üçün mediada geniş işıqlandırmaya zəmanət verirdi və əlbəttə, o, fateh-qəhrəman kimi qarşılanacaq, yevangelistlərin gözündə ucalacaqdı.
Trampın hərəkətində yəhudi meqadonorçu Şeldon Adelsonun və yəhudi kürəkəni Cared Kuşnerin dəstək təsiri böyükdür. İsrail-Fələstin sülh danışıqlarını yenidən başlamaq üçün onun 11 aylıq cəhddən imtina etməsi Amerika yəhudilərindən alacağı xoşbəxt bir bonus kimi görünür.
Tramp İsrailə sevgi nümayiş etdirir, çünki onunla ittifaqda olan yevangelist seçicilər nisbətən kiçik, lakin güclü dəstək bazasının mühüm elementini təşkil edirlər. Yevangelist seçicilər 2016-cı ildə Trampa böyük dəstək veriblər, həm də əvvəlki prezidentliyə namizədlərdən daha yüksək səviyyədə – 81%, yəni hətta yevangelist oğul-Corc Buşdan da çox.
 
Tramp dini liderlə, o cümlədən yevangelist Robert Ceffreslə görüşür
Məhz xristian-yevangelistlər, o cümlədən yevangelist Mayk Pens, Tramp administrasiyasına təsirin məhək daşıdır – onlar Qüds (Yerusəlim) bəyanatının arxasında duran qüvvədir.
Bununla yanaşı, yevangelist icmanın Qüdsü İsrailin ixtiyarında görmək arzusu praktik siyasi narahatlıqlara deyil, dini inanca əsaslanır, onlar fələstinlilər və Ərəb dünyasından gözlənilən zorakı təpki qorxusunu Tramp və onun ətrafının bərtərəf edəcəyinə əmindirlər.
Yevangelistlər üçün bu erkən Milad hədiyyəsi, ABŞ tarixində ən yevangelist Ağ Ev administrasiyaları ilə müqayisədə, dinçi vizit karta sahib üzvlərinin sayı ilə öyünə biləcək Trampın kabinəsini hamıdan üstün edir. Həqiqətən, bu administrasiyada həftəlik Müqəddəs Kitab tədqiqatları toplantısı keçirilir, o cümlədən Pensin də iştirakçılar arasında olması deyilir.
Həmçinin Trampa yaxın daha bir sima – Cey Sekulov – “Rusiya işi”ndə onun müdafiəçilərdən biri, xristian-yevangelist icmasında yüksək nüfuza malik məsihçi-yəhudi…
Trampın yevangelist məsləhətçilərinin de-fakto lideri Conni Mur CNN-ə bildirib ki, Qüdsün statusu icma üçün əsas prioritetdir və bu məsələ "prezidentin əsas yevangelist tərəfdarları arasında məhkəmələrə dair narahatlıqlardan sonra ikinci yer tutur".
Məlum addımı atan Tramp "yevangelist tərəfdarlarına özünün etmək istədiyi şeyləri edəcəyini göstərib", – Mur əlavə edib.
Ötən həftənin çərşənbə günü ifrat sağ xristian-yevangelical veb-saytı“Charisma News” Qüds bəyanatına tərif yağdıran yevangelist liderlərin açıqlamaları ilə dolub-daşırdı.
Pastor Paul Uayt “Charisma”da yazmışdı: "Yevangelistlər fərəh içindədirlər, çünki İsrail bizim üçün müqəddəs yer və yəhudi xalqı bizim ən yaxın dostlarımızdır. Yəhudi xalqı minilliklər ərzində Qüdslə əhddə olub, onunla qürur duyub, qanları ilə bu xəzinəni müdafiə ediblər”.
Uayt, Trampın prezident kampaniyasında iştirak, 40 yevangelist lider və teleaparıcı ilə birlikdə onun uğur üçün dua və yanvar ayında Trampın inauqurasiyada çıxış edib.
Sabiq qubernator Mayk Hakabi, yevangelist lider (və Trampın Ağ Ev sözçüsü Sara Hakabi Sandersin atası) illərlə ABŞ səfirliyini Qüdsə köçürülməsini lobbiləşdirib. O, həmçinin Trampın sevimli televiziya şəbəkəsində (“Fox” – tərc.) qərarı dəstəkləyib və məlum bəyanatın zorakılıqla nəticələnə biləcəyi narahatlığını rədd edib.
Trampın yevangelist bazasına bu "teoloji çağırışın mahiyyətinin həqiqətən başa düşülməsi üçün dini inanclarınıza ciddi yanaşmalısınız”, – deyə xristian təfsirçisi Dayana Batler Bass “Twitter”-dəki müzakirələrdə iddia edirdi. Bass bildirib ki, Qüds məsələsi yevangelistlər üçün çox vacibdir, çünki Məbəd Dağında yəhudi-xristian hakimiyyəti bərpa olunmalıdır.
Bu həyati vacib məsələdir, çünki, onun izahına görə, Vəhy kitabında göstərilən Qiyamət Günü baxımından Məbəd bərpa olunmalıdır. Axir əz-zamana – canlıların və ölülərin Yer üzündən qurtulacağı, bədənləri və ruhlarının göylərdə qorunub saxlanılacağı və qəzəblərini günahkarlara yönəldəcəkləri günə dair bəsirət fundamental xristian inancıdır.
Batler Bass iddia edir ki, "bütün ilahiyyatçı çağırışlar arasında Qüds bəyanatı ən böyükdür”. Tramp onlara Qiyamət Gününə dair ilahi iradəni yerinə yetirdiyini xatırladıb. “Onlar bunu gözləyirdilər, bunun üçün dua edirdilər. Onlar Yaxın Şərqdə müharibə istəyirlər. Armageddon döyüşündə İsa Məsih Yer üzünə qayıdaraq Tanrının bütün düşmənlərini qalib edəcək. Bəzi yevangelistlər üçün bu tarixin zirvəsidir. Tramp onları məhz bu çağa aparır. Vəd olunmuş Məşhərə, onların əmin qələbəsinə. Saleh bəndələr cənnətə yüksələcək; günahkarlar cəhənnəmə vasil olacaqlar".
Bass bu həqiqi möminlərə bildirib ki, Qüds bəyanatı "Bibliyadakı bəsirətin yerinə yetirilməsidir. Donald Tramp təkcə seçki kampaniyasındakı vədinə uyğun hərəkət etmir, həm də dini məqsədi gələcəyə daşıyır. Onlar, Donald Trampın Üluhiyyətə, Qiyamətə və Məşhərə yaxınlaşdıran ilahi aləti olduğuna inanırlar. Çünki bunlar əslində, başlanğıcdır – əcrin (mükafatlarının) və səmavi xoşbəxtliyin başlanğıcı".
Dayana Batler Bassın sözlərinə görə, son nəticədə, Qüds bəyanatının sülhə zərər verə biləcək təxribat olması ehtimalı mənasıdır, çünki "bu dünyada sülhün əhəmiyyəti yoxdur".
Qeyri-xristianlar, o cümlədən dindar olmayan xristianlar üçün bu, cəfəngiyat kimi səslənsə də, o iddia edib ki, "milyonlarla məsihçi mömin buna inanır və onların şüuru həmin imana əsaslanır". 
Əslində, yevangelist ruhani Con Hacinin Qüds bəyanatına təpkisi də Batler Bassın dəlilindən kənara çıxmır.
CBN News-un "Faith Nation" (“Xalqın əqidəsi”) şousunda danışan Haci deyib:"Xristianlar İsrailə qayğı göstərməlidir, çünki “Yaradılış”dan başlayaraq bütün Bibliya sona qədər Tanrının yəhudi xalqına dair mövqeyidir”.
““Yaradılış”da haqqında bəhs olunan İbrahim, İshaq və Yaqub barədə deyilir ki, [Tanrı] onlara Yaxın Şərqdə mülk zolağı vermək niyyətindədir və bu mülk həmişəlik olacaq. Həmişəlik – bu gün, sabah və əbədi deməkdir", – Haci deyib. Sonra əlavə edib: "İnanıram ki, bu məqamda İsrail indiyədək hər millət, eləcə də Amerika üçün, Məbədin ucalmasına qədər baş verən hər şeyə görə Tanrının saniyəölçənidir”.
"Məbədin ucalması" xristianların əqidəsində salehlərin cənnətlə müjdələnməsi deməkdir.
Qüds bəyanatına yevangelistlərin verdiyi dəstəyi nəzərə alaraq, qeyd edilməlidir: 2 minədək xristian-yevangelist arasında keçirilmiş rəy sorğusuna əsasən, yaşlı yevangelistlər İsrailə minilliklər boyu olduğundan daha çox qeyd-şərtsiz dəstək verib. Sorğunun nəticələrinə görə, 65-dən yuxarı olanların 80 faizi, 35 yaşınadək olanların 61 faizi yəhudi xalqının İsrail torpağına haqqı olduğuna inanır.
Onlar həm də bu barədə xəbərdarlıq edib ki, “əgər gənc nəsil Bibliya ruhunda tərbiyə-təhsil almırsa, İsrail üçün yevangelistlərin dəstəyi gələcək onillikdə əhəmiyyətli dərəcədə azalacaq".
Əgər son bir neçə günün hadisələri göstəricidirsə, xristian-yevangelistlərin İsraildə yəhudi hökmranlığına dəstəyi doğrudan da güclüdür – prezidentin vəzifəsini icra etməsi, onun əlini hərəkətə gətirməsi və prezident kimi Ağ Evdə qalması üçün kifayət qədər güclü.
Tərcümə: Strateq.az