​Yeni sədrdən ilk qərar: DİREKTOR YOLA SALINDI

Baxış sayı:
6634

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilk kadr dəyişikliyi edib.
Report-un xəbərinə görə, komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.
Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.