​YENİ SAVAŞ ANONSU: Bu ölkəyə hərbi müdaxilə edəcəyik

Baxış sayı:
2107

Amerika Dövlətləri Təşkilatının Baş katibi Luis Almaqro Venesuelaya hərbi müdaxiləni istisna etməyib.
Muxalifet.az xəbər verir ki, Almaqro bu sözlərini Kolumbiyanın Venesuela ilə sərhəddə yerləşən Kukuta şəhərində çıxışı zamanı deyib.
“Maduronun devrilməsi üçün hərbi müdaxiləyə gəlincə isə biz heç bir variantı istisna etməməliyik. Bu gün Kukutadakı vəziyyət Venesuela diktaturasının yalançılığını açıq formada nümayiş etdirir”, – deyə o bildirib.
Qeyd edək ki, Venesuelada yaranmış iqtisadi böhranla əlaqədar ölkədən miqrasiya artıb. Əhali daha çox Kolumbiyaya qaçır.
Venesueladan olan miqrantlar Kukuta şəhərində yerləşiblər.