​Yeni il plovu 4 nəfərin həyatına son qoydu

Baxış sayı:
970

Tacikistanda Yeni il bayramları zamanı bir neçə nəfər plovdan zəhərlənib.
Muxalifet.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən dörd nəfər sonradan həlak olub, daha bir neçə nəfərin vəziyyəti ağır olaraq qalır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb plova natrium-nitrat maddəsinin düşməsi səbəb olub.
Hazırda bu maddənin yeməyə necə düşməsi araşdırılır.
Qeyd edək ki, natrium-nitrat sənaye müəssisələrində gübrə kimi istifadə olunur.