Yaxın Şərqin “muzdlu qatili” ortalığa çıxdı

Baxış sayı:
5140

BƏƏ və Səudiyyənin dəstəyi ilə Sudanda baş tutan çevrilişdən sonra Yaxın Şərqin "muzdlu qatili" Məhəmməd Dahlan səhnəyə çıxıb. Sudanın paytaxtı Hartuma gedən Dahlanın hərbi keçid şurası ilə görüşdüyü bildirilir.
 
Məhəmməd Dahlan indi də Sudana əl uzadıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın tətikçiliyini edən Məhəmməd Dahlanın, çevriliş edilən Sudana getdiyi öyrənilib. Al-Quds və Əl-Ərəbi saytlarının bildirdiyinə görə, Dahlan Sudanın paytaxtı Hartuma BƏƏ təyyarəsi ilə gedib.
 
BƏƏ-li NAZİRLƏ BİRLİKDƏ GETDİ
 
 Dahlanın yanında bir BƏƏ nazirinin də olduğu qeyd olunub. Dahlanla yanaşı gedən BƏƏ-li nazirin adı isə bilinmir. Mənbələr Dahlanın hərbi keçid şurası ilə iclas keçirdiyini və ölkədəki siyasi qrupların rəhbərləri ilə də görüşdüyünü bildirib.
 
“DƏSTƏK ALDIQ”, ETİRAFI
 
 Sudanda 30 illik Ömər əl-Bəşir hakimiyyətinin devrildiyi çevrilişdən sonra hakimiyyəti ələ keçirən Sudan Hərbi Şurasının sözçüsü Şəmsəddin Kebbaşi BƏƏ və Səudiyyə Ərəbistanının çevrilişə dəstəyi ilə bağlı etiraf edib. Kebbaşi aksiyalara müdaxilə və nümayişçilərə aid barrikadaların qaldırılması təşəbbüslərinin ordu tərəfindən deyil, üçüncü bir güc tərəfindən edildiyini ifadə edərək Səudiyyə Ərəbistanı və BƏƏ-dən dəstək aldığını bildirib, ancaq məsələyə dair ətraflı məlumat verməyib.
 
NÜMAYİŞÇİLƏR NARAHATDIR
 
 Sudanlı nümayişçilər Ömər El-Beşirin devrilməsindən sonra BƏƏ-nin ölkədə artan təsirindən narahat olurlar. Qeyd edək ki, Sudanda 19 dekabrda iqtisadi böhran səbəbilə başlayan mitinqlərin sürətlə paytaxt Xartum və ölkə daxilində rejimə qarşı çevriləndən sonra ordunun 11 apreldəki hakimiyyət açıqlaması ilə 30 illik Ömər əl-Bəşir dövrü başa çatmışdı.
 
250 MİLYON DOLLAR VERİLİB
 
Çevrilişlə hakimiyyətin dəyişməsindən sonra Səudiyyə Ərəbistanı və BƏƏ Sudana 3 milyard dollar dəyərində yardım göndərəcəyini bildirmişdi. BƏƏ aprel ayının sonunda vəd etdiyi kimi Sudan Mərkəzi Bankına 250 milyon dollar verdiyini bildirmişdi.
Müxalifət.az