“Yaxın günlərdə Zelenski məni hansı vəzifəyə təyin edəcəyini açıqlayacaq” – SAAKAŞVİLİ

Baxış sayı:
3246

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin qarşıdakı günlərdə onun hansı vəzifəyə təyin edəcəyini açıqlayacağını bildirib. Qeyd edək ki, əvvəlcə Saakaşvilini Ukraynanın baş nazirinin islahatlar üzrə müavini təyin ediləcəyi planlaşdırılırdı.

“Ukrayna24” kanalında müxbirin onun Ukrayna siyasətində nə zaman vəzifə başına gələcəyi sualının cavabında Saakaşvili deyib: “Dəqiq bilmirəm, amma zənnimcə, prezident qarşıdakı bir-iki gün ərzində konkret qərarını səsləndirəcək. Qərarı nə vaxt verəcəyi onun öz işidir. Vəzifə, kabinet hərisi deyiləm. Məndə kabinetlərə qarşı allergiya var”. O, hansı sahədə hansı vəzifəyə təyin ediləcəyi sualına da cavab verməyərək söyləyib: “Onun özü bəyan etməyincə mənim elan verməyim etik deyil”. /Hurriyyet.org