Yaxalanan terrorçu etiraf etdi: Bombaları ABŞ verdi

Baxış sayı:
217

Türkiyənin Malatya vilayətində ələ keçirilən terror təşkilatı PKK-ya aid 28 kilo partlayıcının, ABŞ tərəfindən YPG-yə verildiyi ortaya çıxıb.
 
Malatyada yaxalanan bomba yüklü maşının sürücüsü polisə böyük xəyanəti etiraf edib.
28 kiloqram partlayıcı daşıyan Ali Rza Üstel, partlayıcıları Amerikalıların Suriyada terror təşkilatı YPG-yə verdiyini söyləyib. Üstel, YPG-li terrorçuların da bomba materialları ilə mexanizmini hazırlayıb, kuryer vasitəsilə Mardinin Kızıltəpədəki boş bir ərazisinə basdırıb, koordinatları Qəndilə verdiyini söyləyib.
Terror təşkilatı PKK-nın əmri ilə basdırılan bomba çıxarıldıqdan sonra İstanbula aparmaq üçün yola çıxdığını deyən Üstel, bombaları boş bir əraziyə basdıracağını və PKK-ya koordinatları bildirəcəyini, daha sonra da böyük bir yerdə partladacağını deyib.
Müxalifət.az