YAŞAYIŞ MƏNTƏQƏLƏRİMİZ ERMƏNİSTAN ƏRAZİSİNDƏN ATƏŞƏ TUTULUR - Müdafiə Nazirliyindən açıqlama

Baxış sayı:
1285

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyi xəbər verir ki, mülki əhali arasında ölən və yaralananlar var.

"Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.
Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək", - nazirlik bildirib.