Yaşar Əliyevə Prezident Administrasiyasında yüksək vəzifə verildi - YENİLƏNİB

Baxış sayı:
2387

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

***
 

Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.

Unikal.org xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.