​ Yasamalda “Lexus” 25 yaşlı oğlanı vurub

Hadisəni törədən sürücü saxlanılıb
 
Bakının Yasamal rayonunda minik avtomobili gənc oğlanı vuraraq xəsarət yetirib.
2-ci Alatava adlanan ərazidə yol kənarı ilə hərəkət edən 1992-ci il təvəllüdlü Rzayev Əli Məhəmməd oğlunu "Lexus" markalı minik avtomobili vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.